İqtisadiyyat
NİİM videodivarları yeniləyır: Dörd milyondan çox pul xərcləməyi düşünür
Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzidəki (NİİM) "Barco" videodivar sistemləri yenilənəcək. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedur işlərinə start verilib. Həmçinin sistemlə əlaqədar bəzi proqram təminatları yenidən alınacaq. Sözügedən işlərin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 4 milyon 247 min 944 manatdır.
Mənbə
oxu.az