Dünya
Türkiyədə ağır qəza: BEŞ ÖLÜ, 15 yaralı var - VİDEO - FOTO
Bu gün Ankara-İstanbul magistral yolunda, Kahramankazan rayonunun Saray ərazisi yaxınlığında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "İhlas" xəbər agentliyi məlumat yayıb.
Hadisə nəticəsində beş nəfər ölüb, 15 nəfərin yaralandığı bildirilir. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıblar. Qəza səbəbindən Ankara-İstanbul magistral yolunun İstanbul istiqamətində hərəkət bir müddət tamamilə dayandırılıb. Yol və nəqliyyat orqanları növbəti qəzaların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini artırıb və nəqliyyat vasitələrinin hərəkəti nəzarət altında alternativ yollarla idarə olunur.
{{gallery}}

Mənbə
oxu.az