Cəmiyyət
"Bəzi sevgilər internetdən başlayır" - Gənc və yaşlı nəsildən fərqli cavablar - VİDEOSORĞU
4 aprel - Ümumdünya İnternet Günüdür. İnternet artıq həyatın ayrılmaz hissəsinə çevrilib. O, informasiya əldə etmək, ünsiyyət qurmaq və gündəlik işləri daha rahat həll etmək üçün geniş imkanlar yaradır. Bununla yanaşı, həddindən artıq istifadə vaxt itkisi, diqqət dağınıqlığı və sosial əlaqələrin zəifləməsi ilə nəticələnə bilir. Ümumilikdə isə internet həm imkanlar, həm də müəyyən çətinliklər yaradan bir mühit kimi qəbul olunur. Oxu.Az sözügedən günlə bağlı Bakı sakinləri arasında sorğu keçirib. Sakinlərə "İnternetin olmadığı dövr üçün darıxırsınız?", "İlk dəfə internetdə nə axtarmısınız?", "Təsəvvür edin ki, bir həftəlik internet kəsilir, nə edərdiniz?", "İnternet kəşf olunmasaydı, insanlarla necə əlaqə qurardınız?", "İnternet insanları bir-birindən uzaqlaşdırır, yoxsa yaxınlaşdırır?", "İnternetdə yazdığınız mənfi şərhi həmin şəxsin üzünə deyə bilərsiniz?" kimi suallar ünvanladıq. Cavablar isə müxtəlif oldu. Kimi internetin zərərlərindən danışdı, kimi isə bəzi sevgi münasibətlərinin məhz sosial media üzərindən qurulduğunu bildirdi. Ətraflı - süjetdə:
Mənbə
oxu.az