Cəmiyyət
Məktəb həyətində ağzı açıq qalan quyu narahatlıq yaratdı: "Uşaq düşə bilər" - FOTOFAKT
Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən məktəbin həyətində lüksüz kanalizasiya quyusunun olması valideynlərin narahatlığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib. Valideynlər qeyd ediblər ki, Nadir Əliyev adına 282 nömrəli məktəbin həyətində yerləşən kanalizasiya quyusunun ağzının açıq olması xüsusilə azyaşlı şagirdlər üçün ciddi təhlükə yaradır və hər an hansısa uşağın ehtiyatsızlıqdan quyuya düşmə riski var.
Oxu.Az-ın sorğusuna cavab olaraq 282 nömrəli məktəbdən bildirilib ki, yaxınlıqdakı kanalizasiya quyusu məktəbin qarşısındakı yaşayış binasına aiddir. "Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub, bununla bağlı binanın komendantı da məlumatlandırılıb. Ümumilikdə, həmin quyu şagirdlərin məktəbə gəliş-gediş yolunun üzərində olmasa da, məktəb rəhbərliyi tərəfindən uşaqların təhlükəsizliyinin təmin olunması məqsədilə müvəqqəti tədbir kimi quyunun ağzı taxta ilə bağlanıb", - deyə məlumatda bildirilir.

Mənbə
oxu.az