Dünya

Peru paytaxtında futbol derbisindən əvvəl insident: Ölən və yaralananlar var - VİDEO

04 Apr 2026, 12:38 1 baxış
Peru paytaxtında futbol derbisindən əvvəl insident: Ölən və yaralananlar var - VİDEO
Perunun paytaxtı Lima şəhərində Alexandro Villanueva stadionunda futbol derbisindən əvvəl insident baş verib. Oxu.Az-ın "El Pais" nəşrinə istinadən xəbərinə görə, bu barədə Peru Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, insident nəticəsində bir nəfər ölüb, 47 nəfər yaralanıb.
Hadisə əvvəlcə stadion divarının bir hissəsinin çökməsi ilə əlaqələndirilib. İnsanların çökən divarın dağıntıları altında qaldığı iddia edilib. Lakin "Alyansa Lima" futbol komandası daha sonra "X" hesabında etdiyi paylaşımda bu xəbəri təkzib edib və hadisəyə divarın çökməsi və ya idman kompleksinin strukturunun zədələnməsinin səbəb olmadığını bildirib. Həmçinin yanğınsöndürmə bölməsinin rəisi Markos Paxuelo qeyd edib ki, tribunaların konstruksiyası yaxşı vəziyyətdə görünür, struktur zədələnmələri yoxdur. Səhiyyə naziri Xuan Karlos Velasko ölüm halını təsdiqləyib və yanğınsöndürmə idarəsinin hesabatına istinadən bildirib ki, insan izdihamı əsnasında basabas yaranıb və nəticədə ölüm faktı qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər