Cəmiyyət

Ceyranbatanda təmir olunan su xətti yenidən sıradan çıxdı - Sakinlərdən ŞİKAYƏT - VİDEO

04 Apr 2026, 12:56 2 baxış
Ceyranbatanda təmir olunan su xətti yenidən sıradan çıxdı - Sakinlərdən ŞİKAYƏT - VİDEO
Ceyranbatan qəsəbəsi, Şəhid Anar Qorçuyev küçəsində su xətti ilə bağlı problem yaşanır. Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, bir neçə gün əvvəl ərazidə su xətti partlayıb və nəticədə su axaraq ətrafa yayılıb. Sakinlər bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət edilsə də, problem operativ şəkildə həllini tapmayıb: "Üç-dörd gün əvvəl burada su xətti partlamışdı. Dəfələrlə su idarəsinə zəng etdik. Su boş yerə axıb gedirdi. Dünən gəlib ekskavatorla qazıntı apardılar. Bir neçə nəfər də nəzarət edirdi. Guya problemi aradan qaldırdılar, amma iş keyfiyyətsiz görüldü. Bu gün yenidən eyni yerdən su axır. Yəni problem aradan qaldırılmayıb. Dəfələrlə zəng etsək də, müraciətlərə lazımi reaksiya verilmir". Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidəki problem aradan qaldırılacaq, xəttin yenisi ilə əvəzlənməsi işlərinə başlanılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər