Cəmiyyət

Vandalizm aktına məruz qalan Nizami Kino Mərkəzi üçün boya sifariş edildi - FOTOFAKT

04 Apr 2026, 13:02 2 baxış
Vandalizm aktına məruz qalan Nizami Kino Mərkəzi üçün boya sifariş edildi - FOTOFAKT
Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarlarında qraffiti adı altında edilən cızma-qaraların aradan qaldırılması və tarixi binanın əvvəlki görkəminin bərpası istiqamətində işlərə başlanılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Abadlıq Xidmətindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən tapşırığa əsasən hazırda qurumun mütəxəssisləri əraziyə cəlb olunublar və bərpa prosesi aktiv şəkildə davam edir. Qeyd olunub ki, yazılar olan hissələrdə divarların zədələnmiş üst qatı səliqə ilə sökülüb, binanın orijinal rənginə uyğun boya çaları müəyyənləşdirilərək sifariş edilib: "Hazırda divara vurulan ağ rəng görənləri çaşdırmasın. Yaxın günlərdə orijinal rəng sifarişlə gələcək və məhz həmin rənglə binanın əvvəlki estetik görünüşü tam bərpa olunacaq. Bu cür obyektlər ümumi memarlıq irsinin bir hissəsi olmaqla yanaşı, Bakının tarixinin də ayrılmaz parçasıdır. Tarix isə kənar müdaxilələrdən qorunmalı, gələcək nəsillərə əmanət edilməlidir".

Vandalizm aktına məruz qalan Nizami Kino Mərkəzi üçün boya sifariş edildi - FOTOFAKT Vandalizm aktına məruz qalan Nizami Kino Mərkəzi üçün boya sifariş edildi - FOTOFAKT Vandalizm aktına məruz qalan Nizami Kino Mərkəzi üçün boya sifariş edildi - FOTOFAKT
Mənbə oxu.az

Oxşar Xəbərlər