Cəmiyyət

Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq

04 Apr 2026, 12:25 2 baxış
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə aprelin 4-6-da külək güclənəcək.


Axar.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.


Belə ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.


Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır.


Mənbə axar.az

Oxşar Xəbərlər