Cəmiyyət

Sabah hava necə olacaq?

04 Apr 2026, 12:47 2 baxış
Sabah hava necə olacaq?

Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilr.


Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.


Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər