Cəmiyyət

Dəm qazından zəhərlənən altı uşaqdan biri öldü

04 Apr 2026, 12:48 2 baxış
Dəm qazından zəhərlənən altı uşaqdan biri öldü

Sumqayıt şəhərində dəm qazından zəhərlənən azyaşlılardan bir ölüb.


Bu barədə Axar.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.


Bildirilib ki, aprelin 1-də saat 13:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 2010-cu il təvəllüdlü şəxsin (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 06:30-da bioloji ölüm faktı qeydə alınıb.


"Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, ağır kəllə-beyin travması, baş-beynin əzilməsi, ikitərəfli pnevmotoraks və dalağın cırılması diaqnozları təyin olunan pasiyent üzərində splenektomiya (dalağın götürülməsi) əməliyyatı icra olunmuşdu", - deyə məlumatda vurğulanıb.


Qeyd edək ki, aprelin 1-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində çoxuşaqlı ailənin altı üzvü dəm qazından zəhərlənmişdi. Onlar evə buraxılsalar da, daha sonra yenidən xəstəxanaya yerləşdirilmişdilər.

Mənbə axar.az

Oxşar Xəbərlər