Digər

Əfqanıstanda güclü zəlzələ: bir ailənin 8 üzvü öldü

04 Apr 2026, 11:38 2 baxış
Əfqanıstanda güclü zəlzələ: bir ailənin 8 üzvü öldü

Əfqanıstanın Bədəxşan əyalətində ötən gün yerli vaxtla saat 20:42-də 5,8 bal zəlzələ baş verib. 186 kilometr (115 mil) dərinlikdə baş verən zəlzələ nəticəsində Kabil əyalətində bir ailənin səkkiz üzvü ölüb.


Axar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, yeraltı təkanlar paytaxt Kabil də daxil olmaqla, ölkənin bir çox yerində hiss edilib.


Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman bildirib ki, ailənin yalnız 2 yaşlı övladı sağ qalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər