Digər
Türkiyədə güclü zəlzələ oldu
Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 08:52-də baş verən zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Yeraltı təkanın ətraf rayonlarda da hiss edildiyi vurğulanıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Mənbə
axar.az