Dünya

İndoneziya sahillərində yenidən zəlzələ baş verib

04 Apr 2026, 09:32 1 baxış
İndoneziya sahillərində yenidən zəlzələ baş verib
İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri təxminən 451 000 nəfərin yaşadığı Manado şəhərindən (Şimali Sulavesi əyaləti) 142 kilometr şərqdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib. Heç bir itki və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb. Xatırladaq ki, aprelin 2-də İndoneziyada 7.4 maqnitudalı zəlzələ baş vermişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər