Dünya

SEPAH-da yeni təyinat

04 Apr 2026, 09:56 1 baxış
SEPAH-da yeni təyinat
General Hüseyn Mohabbi mart ayında öldürülən general-mayor Əli Məhəmməd Naininin yerinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü vəzifəsinə təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Mohabbinin təyin edilməsi ilə bağlı fərmanı İranın ali rəhbərinin SEPAH-dakı nümayəndəsi Abdulla Hacı Sadiqi imzalayıb. Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü general Əli Məhəmməd Naini martın 20-də ABŞ və İsrailin İslam Respublikası ərazisinə hava hücumları nəticəsində həlak olub. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbələr endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində də ciddi problemlər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər