Dünya

Niderlandda İsrail mərkəzinin qarşısında partlayış olub

04 Apr 2026, 08:56 1 baxış
Niderlandda İsrail mərkəzinin qarşısında partlayış olub
Niderlandın şərqində, Neykerk şəhərində yerləşən "İsraili dəstəkləyən xristianlar" təşkilatının binasının qarşısında partlayış baş verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb. "Cümə günü axşam saatlarında Qelderlandın Neykerk şəhərindəki İsrail Mərkəzində partlayış baş verib", - deyə açıqlamada qeyd olunub. Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Mərkəzin ətrafı mühasirəyə alınıb və araşdırma başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər