Dünya

ABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı

03 Apr 2026, 23:24 2 baxış
ABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin Konqresə təqdim etdiyi ABŞ-nin 2027-ci maliyyə ili üçün hərbi büdcə layihəsində qeyd olunur. Sənəddə bildirilir ki, 2027-ci il üçün büdcə sorğusunda 2028-ci ildə ilk uçuşunu reallaşdırmalı olan "F-47" qırıcısının operativ hazırlanması və istehsalına xüsusi diqqət ayrılması davam etdiriləcək. Məlumata görə, "F-47" qırıcısının uçuş mənzili 1 000 dəniz milindən (1852 km) çox ola bilər ki, bu da əvvəlki modellərlə müqayisədə xeyli yüksək göstəricidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər