Dünya
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. Oxu.Az bildirir ki, bu barədə "The New York Times" qəzeti ABŞ-nin iki məmuruna istinadən xəbər verir. Pilot təyyarədən vaxtında katapult edib və axtarış-xilasetmə əməliyyatı nəticəsində sağ-salamat tapılaraq bazaya təxliyə edilib. Nəşr qəzanın səbəbini açıqlamayıb.
Mənbə
oxu.az