Digər

ABŞ rəsmisi təsdiqlədi: İran qırıcımızı vurdu!

03 Apr 2026, 21:05 2 baxış
ABŞ rəsmisi təsdiqlədi: İran qırıcımızı vurdu!

İran səmasında Amerika qırıcı təyyarəsi vurulub və pilotun tapılması üçün hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.


Axar.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Röyters”ə açıqlamasında deyib.


O xatırladıb ki, bu, 28 fevraldan - ABŞ-İran müharibəsi başlayandan bəri məlum olan ilk belə hadisədir.


Anonimlik şərti ilə danışan rəsmi əlavə məlumat verməyib.


Qeyd edək ki, İran bu gün F-35 və F-15E qırıcı təyyarələri vurduğunu iddia edib. Həmçinin F-15 qırıcısının pilotunu əsir götürdüyünü də açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər