Dünya

KİV: İranda vurulan ABŞ təyyarəsi "F-15E" qırıcısı olub

03 Apr 2026, 20:04 2 baxış
KİV: İranda vurulan ABŞ təyyarəsi "F-15E" qırıcısı olub
İran ərazisində döyüş uçuşu zamanı vurulan qırıcı ABŞ Silahlı Qüvvələrinə məxsus iki yerlik "F-15E" qırıcısı olub. Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Bu məlumatı telekanala ABŞ-nin rəsmi şəxsləri arasındakı həmsöhbətləri təsdiqləyiblər. Onun məlumatına görə, amerikalı hərbçilər vurulan təyyarənin iki ekipaj üzvünün axtarışı əməliyyatını aparırlar. Xüsusilə, İranın mərkəzi və cənub-qərb rayonlarında alçaq hündürlükdə uçan "C-130" təyyarəsi və iki "UH-60 Black Hawk" helikopteri müşahidə edilib. Xatırladaq ki, İran ABŞ ordusuna məxsus "F-35" qırıcı təyyarəsinin ölkənin mərkəzi bölgəsində vurulduğunu bəyan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər