Dünya
ABŞ İranda vurulan "F35" qırıcısının iki pilotunun xilas edilməsi əməliyyatına başlayıb
ABŞ Silahlı Qüvvələri İran səmasında vurulan "F-35" qırıcısının iki pilotunu xilas etmək üçün axtarış-xilasetmə əməliyyatına başlayıb. Oxu.Az bildirir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verir. "Tasnim" agentliyinin məlumatına əsasən, itkin düşmüş pilotların axtarışı əməliyyatına İsrail qüvvələri də qoşulub. Xatırladaq ki, bu gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus "F-35" qırıcısının pilotunun əsir götürüldüyünü bəyan edib.
Mənbə
oxu.az