Dünya

Zelenski: "Pasxa bayramında atəşkəs təklifimiz qüvvədə qalır"

03 Apr 2026, 15:56 2 baxış
Zelenski: "Pasxa bayramında atəşkəs təklifimiz qüvvədə qalır"
Ukrayna Pasxa atəşkəsi ilə bağlı ABŞ-yə sorğu göndərib. Oxu.Az "İnterfaks Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. "Biz hamımız mediada onların cavabını gördük: guya onlar buna hazır deyillər. Bilmirəm, bu nə dərəcədə ciddi cavabdır. ABŞ tərəfinə sorğumuzu ötürmüşük. Bilmirəm, onların öz mesajını çatdırmaq imkanı olacaqmı. Görərik. Pasxa bayramında atəşkəs təklifimiz qüvvədə qalır", - deyə Zelenski jurnalistlərlə görüşü zamanı bildirib. Martın 30-da Zelenski Ukraynanın müharibənin sona çatması üçün dövlətin ləyaqətini və müstəqilliyini qoruyan istənilən formatı dəstəklədiyini və xüsusilə Pasxa bayramları zamanı istənilən atəşkəs formatına hazır olduğunu bildirib. Aprelin 1-də isə Ukrayna lideri bildirib ki, ölkəsi ABŞ-nin Rusiyanı üçtərəfli görüşə cəlb etməsinə və Pasxa bayramları zamanı atəşkəs təklifini dəstəkləməsinə ümid edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər