Kriminal
Biləsuvarda sahibsiz it beşinci sinif şagirdinə hücum etdi
Biləsuvar rayonunda 10 yaşlı oğlanı it dişləyib. Oxu.Az-ın məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzində baş verib. Rayon sakini, 5-ci sinif şagirdi olan 2016-cı il təvəllüdlü oğlan yaşadığı evdən çıxıb məktəbə gedərkən qəfil küçə itinin hücumuna məruz qalıb. Sahibsiz it məktəbliyə ayaq nahiyəsindən xəsarət yetirib. Şagird Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər