Dünya
Yeni Qvineyada güclü zəlzələ oldu
Sakit okeanın Yeni Qvineya adası sahillərində 5.9 maqnitudalı zəlzələ baş verib. Oxu.Az TASS-a istinadla xəbər verir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilir ki, zəlzələnin episentri İndoneziyaya məxsus Cayapura şəhərindən 174 kilometr şimal-qərb istiqamətində, təkanların ocağı isə 63 kilometr dərinlikdə yerləşib. İndiyədək hər hansı dağıntı və ya insan itkisi barədə məlumat daxil olmayıb. Həmçinin, sunami təhlükəsi elan edilməyib.
Mənbə
oxu.az