Maraqlı
Dörd dəfə ərə gedən rusiyalı yumorist xəyanət edən kişinin əlamətlərini sadaladı
Dörd dəfə ərə gedən və xəyanətlə qarşılaşan yumorist və bloqer Natalya Krasnova ər-arvad münasibətlərində xəyanətin əlamətlərini açıqlayıb. Oxu.Az xəbər verir ki, o bu əlamətləri "Rutube" platformasında yayımlanan "Teoriya" verilişində sadalayıb. N.Krasnovanın sözlərinə görə, əgər kişi başqa qadına aşiq olarsa, həyat yoldaşı ilə ünsiyyətdə daha tez-tez əsəbiləşməyə başlayır. Xüsusilə, əvvəllər etmədiyi halda, həyat yoldaşının hazırladığı yeməkləri tənqid edir. "Amma bəzən xəyanəti göstərən hal odur ki, ər birdən-birə çox yaxşı olur, sənə əsəbiləşmir. Sən çox pis bir şey edirsən, o isə deyir: "Normaldır". Onun diqqəti artıq başqa yerdədir. Burada isə sadəcə bir müddət yaşayır və buradan necə getməyi, ya da iki münasibəti necə paralel aparmağı planlaşdırır", - deyə yumorist əlavə edib. Daha əvvəl N.Krasnova öz həyat yoldaşlarına xəyanət etdiyini etiraf edib. O bildirib ki, birinci və üçüncü evliliyində həyat yoldaşlarını aldadıb. Krasnovanın ilk əri KVN-in "Soyuz" komandasının üzvü Alexander Alymov olub. İkinci həyat yoldaşı amerikalı xokkeyçi Deron Quinn idi və onlar 2014-2020-ci illərdə birgə yaşayıblar. Üçüncü dəfə bloqer işlədiyi məktəbdə keçmiş şagirdi ilə evlənib. 2023-cü ildə isə dördüncü dəfə Rinat adlı şəxslə ailə qurub.
Mənbə
oxu.az