Maraqlı

Estetik ifadə vasitəsi olan tatu və pirsinq prosedurları - FOTO

26 Mar 2026, 13:42 1 baxış
Estetik ifadə vasitəsi olan tatu və pirsinq prosedurları - FOTO
Tatu və pirsinq bədən üzərində estetik ifadə vasitəsi kimi son illər daha çox maraq doğurur. Bu proses həm ustanın peşəkarlığını, həm də gigiyena qaydalarına ciddi əməl olunmasını tələb edir. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, tatu zamanı xüsusi iynələr vasitəsilə boya dərinin üst qatına yeridilir və naxış tədricən formalaşır. Pirsinq prosesində isə seçilən nahiyə steril şəraitdə deşilərək xüsusi zinət əşyası yerləşdirilir. Hər iki prosedur zamanı gigiyena və təhlükəsizlik əsas prioritet hesab olunur. Proses tamamlandıqdan sonra ustalar qulluq qaydaları barədə müştəriyə ətraflı məlumat verirlər. Görünüşdə fərqlilik yaradan tatu və pirsinq prosedurları estetik seçim olmaqla yanaşı, eyni zamanda, diqqət və məsuliyyət tələb edir.


Daha çox şəkil burada: PhotoStock.Az
Estetik ifadə vasitəsi olan tatu və pirsinq prosedurları - FOTO Estetik ifadə vasitəsi olan tatu və pirsinq prosedurları - FOTO Estetik ifadə vasitəsi olan tatu və pirsinq prosedurları - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər