Cəmiyyət

Gəncədə ailə ağır qəzaya düşdü: Yaralılar arasında azyaşlı da var

25 Mar 2026, 19:36 2 baxış
Gəncədə ailə ağır qəzaya düşdü: Yaralılar arasında azyaşlı da var
Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq səkidəki ağacları sındırıb və aşıb. İlkin məlumata görə, qəzada doqquz yaşlı Y.H., 14 yaşlı T.Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər