Cəmiyyət

İrandan 35 kq narkotik keçirilməsinin qarşısı alındı

16 Oct 2026, 14:28 1 baxış
İrandan 35 kq narkotik keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.


Belə ki, oktyabr ayının 15-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 35 kiloqram narkotik vasitə və 4960 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.


Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər