Cəmiyyət

Tərtərdə ağır qəza: iki qardaş öldü

25 Mar 2026, 13:30 2 baxış
Tərtərdə ağır qəza: iki qardaş öldü

Tərtər rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.


Axar.az xəbər verir ki, qəza hadisəsi rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.


İlkin məlumata görə, qəza nəticəsində iki qardaş - 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və 1971-ci il təvəllüdlü Yunus Ağayev həyatını itiriblər.


Qəzada 1991-ci il təvəllüdlü Sənan Ağayev və Könül Aslanova da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər