Siyasət

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

25 Mar 2026, 09:54 1 baxış
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək. Oxu.Az "Report"a istinadla xəbər verir ki, yük beş vaqon təşkil edir. Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Qeyd edək ki, sonuncu dəfə, yəni martın 19-da Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılı göndərilib. Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər