Digər
Rusiyadan AB-yə bu məhsulun idxalı kəskin azaldı
Bu ilin yanvar ayında AB-nin Rusiyadan emal olunmamış alüminium idxalı sanksiya tətbiq edildikdən sonra illik müqayisədə 20, aylıq müqayisədə isə 10 dəfədən çox azalıb.
Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Beləliklə, 2026-cı ilin yanvarında Rusiya AB-yə cəmi 1,2 min ton emal olunmamış alüminium (3,2 milyon dollar dəyərində) tədarük edib ki, bu da iki tərəf arasında ticarətin bütün dövrü üçün ən aşağı səviyyədir. Ay ərzində tədarüklərin həcmi 10.2, illik ifadədə isə 19.5 dəfə azalıb", - məlumatda deyilib.
Mənbə
axar.az