Digər

ABŞ-ın xəyanətlərinə baxmayaraq İran... - Pezeşkian

16 May 2026, 16:31 1 baxış
ABŞ-ın xəyanətlərinə baxmayaraq İran... - Pezeşkian

Mövcud təhlükəsizlik vəziyyəti aradan qalxdıqdan sonra Hörmüz boğazında hərəkət şəraiti normallaşacaq və İran təhlükəsiz keçidi təmin etmək üçün beynəlxalq hüquq çərçivəsində səmərəli və peşəkar nəzarət mexanizmləri tətbiq edəcək.


Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Roma Papası XIV Leoya göndərdiyi mesajda bildirib.


İran prezidenti vurğulayıb ki, ölkəsi hələ də diplomatiya və sülh yolu ilə həll variantlarına sadiqdir:


“ABŞ hökumətinin danışıqlar masasına və diplomatiyaya dəfələrlə xəyanət etməsinə baxmayaraq, İran Pakistanın vasitəçiliyini alqışlayıb və İslamabad danışıqlarına səmimi və peşəkar şəkildə qatılıb”.

Mənbə axar.az

Oxşar Xəbərlər