Şou biznes
Məşhur türkiyəli prodüser Erol Köse öldü
Tanınmış türkiyəli prodüser, keçmiş musiqiçi Erol Köse 61 yaşında dünyasını dəyişib. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, sənətçi İstanbulda yaşadığı mənzilin 16-cı mərtəbəsindən yıxılaraq vəfat edib. İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma aparır. Köse Türkiyədə "Comedy Dance Trio" qrupu ilə məşhurlaşıb. Qrup dağıldıqdan sonra o, karyerasına prodüser kimi davam edib.
Mənbə
oxu.az