Dünya
Rusiyanın neft sanksiyalarının yumşaldılmasından iki milyard dollar qazanacağı bildirilib
ABŞ hesab edir ki, Rusiya neft və neft məhsullarının satış əməliyyatlarına verilən icazədən maksimum iki milyard dollar gəlir əldə edə bilər. Oxu.Az xəbər verir ki, bu fikri "NBC News"a müsahibəsində ABŞ-nin maliyyə naziri Skott Bessent səsləndirib. Bessent bunun Rusiyanın birgünlük büdcəsinə bərabər olduğunu da qeyd edib. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi martın 12-dək gəmilərə yüklənmiş rusiyamənşəli neft və neft məhsullarının satış əməliyyatlarına tətbiq olunan sanksiyaları müvəqqəti ləğv edib. Bu əməliyyatlara aprelin 11-dək icazə verilir.
Mənbə
oxu.az