Dünya

"Hizbullah" İsrail Hərbi Hava Qüvvələrinin bazasına hücum etdiyini açıqladı

23 Mar 2026, 01:36 2 baxış
"Hizbullah" İsrail Hərbi Hava Qüvvələrinin bazasına hücum etdiyini açıqladı
Livanın "Hizbullah" hərəkatı yenidən İsrail Hərbi Hava Qüvvələrinin Meron dağındakı bazasını atəşə tutduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə qruplaşmanın "Telegram" kanalında yayılan açıqlamada deyilir. Məlumata görə, hücum zamanı hava əməliyyatları və radioelektron mübarizə idarəetmə mərkəzinin yerləşdiyi obyektə yüksəkdəqiqlikli raketlərlə zərbə endirilib. Bildirilib ki, martın 2-dən bəri hərbi eskalasiya başlanandan sonra Yuxarı Qalileyada yerləşən Meron bazası azı dörd dəfə kamikadze dronların hücumuna məruz qalıb. Bundan başqa, "Hizbullah"ın Avivim, Biranit, Birket-Rişe və Maalot-Tarşiha bölgələrində yerləşən hərbi kazarmaları da minaatanlardan atəşə tutduğu qeyd olunub. Sərhədyanı Kiryat-Şmona, Metula, Misqav-Am, Zarit və Hanita yaşayış məntəqələrinin də vurulduğu bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər