Dünya

KİV: İran Qətərə qarşı yeni tip raketlərdən istifadə edib

23 Mar 2026, 00:12 2 baxış
KİV: İran Qətərə qarşı yeni tip raketlərdən istifadə edib
İran Qətərdəki qaz infrastrukturuna hücum zamanı "Patriot" hava hücumundan müdafiə sistemlərini aşa bilən yeni tip raketlərdən istifadə edib. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Ras-Laffandakı "QatarEnergy" kompleksinə hücumlarda manevr qabiliyyətinə malik və ABŞ istehsalı olan "Patriot" HHM sistemlərini aşa bilən qabaqcıl raketlər tətbiq olunub. Xatırladaq ki, martın 18-də İran Qətərin Ras-Laffan şəhərində yerləşən dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz kompleksinə zərbə endirib. "QatarEnergy" şirkəti hücum nəticəsində yanğınların baş verdiyini və obyektə ciddi ziyan dəydiyini açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər