Dünya

Kubalı nazir müavini: "Ordumuz ABŞ-nin mümkün hücumuna hazırlaşır"

22 Mar 2026, 21:48 2 baxış
Kubalı nazir müavini: "Ordumuz ABŞ-nin mümkün hücumuna hazırlaşır"
"Kuba ordusu ABŞ-nin mümkün hücumuna hazırlaşır, dünyada baş verənlər fonunda belə tədbirlərin olmamasını düşünmək sadəlövhlük olardı". Oxu.Az "NBC News"a istinadən xəbər verir ki, bunu Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio deyib. "Silahlı qüvvələrimiz hər zaman hazır vəziyyətdədir və hazırda da hərbi təcavüz ehtimalına qarşı hazırlıq görürlər", - deyə nazir müavini bildirib. O əlavə edib ki, Havana ABŞ ilə problemlərin sülh yolu ilə həllinə ümid edir: "Bunun baş verməsi üçün heç bir səbəb görmürük və buna heç bir bəraət qazandırmırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər