Dünya
Türkiyə Yaxın Şərqdə müharibənin qarşısını almağa çalışır
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran, Misir, Avropa İttifaqı və ABŞ rəsmiləri ilə telefon danışığı aparıb. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Qeyd olunub ki, danışıqlar zamanı Yaxın Şərqdə müharibəni dayandırmağa yönəlmiş addımlar müzakirə olunub. Məlumata görə, Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçı, Misirin xarici işlər naziri Bədr Əbdülati, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas, həmçinin ABŞ rəsmiləri ilə danışıqlar aparıb.
Mənbə
oxu.az