Dünya
Netanyahu: "Digər ölkələrin liderlərinin bizə qoşulma vaxtı çatıb"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına yeni ölkələrin qoşulacağına ümid etdiyini bildirib. Oxu.Az bu barədə "The Times of Israel" nəşrinə istinadən xəbər verir. "Digər ölkələrin liderlərinin bizə qoşulma vaxtı çatıb", - deyə o vurğulayıb. B.Netanyahunun fikrincə, İran bütün dünyanı nişangah altında saxlayır: "Onlar beynəlxalq nəqliyyat arteriyalarını dayandırıb, bütün dünyanı şantaj etməyə çalışırlar", - deyə baş nazir əlavə edib.
Mənbə
oxu.az