Dünya

İran Hörmüz boğazından keçid üçün iki milyon dollar ödəniş təyin etdi

22 Mar 2026, 13:12 2 baxış
İran Hörmüz boğazından keçid üçün iki milyon dollar ödəniş təyin etdi
"İran Hörmüz boğazından tankerlərin keçidi üçün ödəniş təyin edib". Oxu.Az IRIB telekanalının "Telegram" kanalına istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Aləddin Borucerdi bildirib. "47 ildən sonra Hörmüz boğazında yeni suveren rejim qurulub. Bu, İran İslam Respublikasının haqqıdır", - deyə o qeyd edib. A.Borucerdi həmçinin bildirib ki, gəmilərin Hörmüz boğazından keçid hüququ üçün iki milyon dollar ödəniş tələb olunması güc nümayişidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər