Dünya
İranın hava məkanının bağlanma müddəti uzadıldı
İran hakimiyyəti ölkənin hava məkanında uçuşlara qoyulmuş qadağanı martın 29-dək uzadıb. Oxu.Az bildirir ki, bu barədə TASS agentliyinə Yaxın Şərq üzrə aviadispetçer dairələrindəki mənbə məlumat verib. "İranın hava məkanı təxminən martın 29-u, bazar günü saat 08:30-dək bağlı olacaq", - deyə agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, dövlət, hərbi və sanitar aviasiyanın uçuşları, habelə axtarış-xilasetmə məqsədilə həyata keçirilən və Mülki Aviasiya İdarəetmə Orqanının ayrıca icazələri ilə yerinə yetirilən reyslər istisna təşkil edə bilər.
Mənbə
oxu.az