Dünya

İranda azad edilən Yaponiya vətəndaşı Azərbaycana gəlib

22 Mar 2026, 10:24 2 baxış
İranda azad edilən Yaponiya vətəndaşı Azərbaycana gəlib
"Daha əvvəl İranda saxlanılan iki Yaponiya vətəndaşından biri azad edilib və tezliklə vətənə qayıda biləcək". Oxu.Az TASS-a istinadən bildirir ki, bunu Yaponiya Xarici İşlər Naziri Tosimitsu Moteqi bildirib. "İkinci vətəndaşımızın tezliklə azad edilməsi üzərində işləyirik", - deyə o, yerli televiziyanın efirində qeyd edib. T.Moteqi əlavə edib ki, Yaponiya vətəndaşı hazırda Azərbaycandadır və tezliklə vətənə qayıdacaq. Xarici İşlər Nazirliyinin məlumatına görə, o, 2025-ci ilin yayında saxlanılıb, lakin ona qarşı hansı ittihamların irəli sürüldüyü bildirilmir. Yerli KİV-in məlumatına görə, İranda saxlanılan digər Yaponiya vətəndaşı Yaponiya İctimai Televiziyasının (NHK) Tehrandakı bürosunun rəhbəridir. O, yanvarın 20-də saxlanılıb və saxlanılma səbəbləri barədə məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər