Cəmiyyət
"Səhnədə alqış qazandıqca anlayıram ki, yaşadığım ağrı-acılar təsadüfi deyilmiş" - Fərda Amin bazarda satıcılıq etdiyi günlərdən danışdı - VİDEO
"Mən insanları bazarda işləyərkən tanımağa başladım". Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan aktyor Fərda Amin deyib.
Onun sözlərinə görə, bazar mühiti real həyat mübarizəsinin kiçik bir modelidir: "Orada bir-iki manat üçün gedən savaşın içində olmaq hər şeyi daha çılpaq görməyə kömək edirdi. İndi səhnədə alqış qazandıqca anlayıram ki, yaşadığım o ağrı-acılar təsadüfi deyilmiş. Bütün bunlar bu gün öz hekayələrimi gülərək danışmağım üçün bir hazırlıq imiş". Aktyor, həmçinin daxili dünyası ilə barışdığını vurğulayıb: "35 yaşımdan sonra düşüncələrimlə dostluq etməyə başladım. Anladım ki, qarşıma çıxan hər bir hadisə mənə nəsə öyrətmək istəyir. İnsan həyatın ona anlatdıqlarını dərk etdikcə böyüyür. Əks halda, reallıqdan qaçdıqca o səni qovalayır".

Mənbə
oxu.az