Dünya

Yəmən hökuməti husilərə qarşı əməliyyat planlaşdırır

22 Mar 2026, 01:42 2 baxış
Yəmən hökuməti husilərə qarşı əməliyyat planlaşdırır
Yəmənin Prezident Şurası ölkənin şimalına nəzarət edən husilərin İrana hərbi dəstək verəcəyi təqdirdə onlara qarşı genişmiqyaslı əməliyyat keçirməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə Yəmən hökumətindəki mənbə "RIA Novosti"yə deyib. Bildirilir ki, Yəmən hökuməti "Ənsar Allah" təşkilatının İran tərəfində hərbi fəaliyyətə başlaması ehtimalına qarşı öz qüvvələrinin döyüş hazırlığını da artırıb. Husilərin siyasi bürosunun üzvü Məhəmməd əl-Buxeyti isə daha əvvəl bildirmişdi ki, "Ənsar Allah" hələlik ABŞ və İsrailə qarşı hərbi əməliyyatlarda iştirak etmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər