Dünya

İsrail Tehranda nüvə obyektinə zərbə endirdiyini açıqladı

22 Mar 2026, 00:36 2 baxış
İsrail Tehranda nüvə obyektinə zərbə endirdiyini açıqladı
İsrail ordusu İranın paytaxtı Tehranda Malik əl-Əştər Texnologiya Universitetinin ərazisində yerləşən obyektə zərbə endirdiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İsrail tərəfinin iddiasına görə, həmin obyektdə nüvə silahı üçün komponentlər hazırlanırdı. Bəyanatda qeyd olunub ki, söhbət İranın hərbi sənayesinə və raket qüvvələrinə məxsus strateji tədqiqat obyektindən gedir. İran hökuməti bundan əvvəl ölkənin nüvə silahı yaratmaq proqramına malik olması ilə bağlı iddiaları dəfələrlə təkzib edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər