Dünya
Konqoda Ebola epidemiyası ölkə tarixinin ən ölümcül hadisəsinə çevrildi
Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola virusu ölkə tarixində ən çox ölümə səbəb olan epidemiya kimi qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata əsasən, virusdan həyatını itirənlərin sayı 2018-2020-ci illərdəki epidemiyanın göstəricisini (2 299 ölüm) geridə qoyaraq 2 325 nəfərə çatıb. May ayında xəstəliyin yayılması elan edildikdən bəri təqribən 5 min təsdiqlənmiş yoluxma halı aşkarlanıb. BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer virusun "qalib gəldiyini" bildirərək təcili şəkildə mübarizə tədbirlərini gücləndirməyə çağırıb. Onun sözlərinə görə, epidemiya təxminən hər 20 gündən bir ikiqat artır. "Dünyanın Ebola virusunun yaratdığı böhranın real olduğunu bilməsini istəyirik. Artıq bu, hər kəsin probleminə çevrilib", - deyə Fletçer vurğulayıb.
Mənbə
oxu.az