Dünya
Macarıstan rəsmisi: "Ukraynanın "Türk axını"na mümkün zərbəsi NATO ölkəsinə hücum sayılacaq"
"Ukraynanın Türkiyə ərazisində yerləşən, Rusiya qazını Avropaya daşıyan "Türk axını" qaz kəmərinə mümkün hücumu NATO ölkəsinə hücum kimi qiymətləndiriləcək". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla Macarıstanın Baş naziri Viktor Orbanın ofisinin rəhbəri Gergey Quyaş çıxış edib. O bildirib ki, Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyinə zərər vurmaq istəyən Ukraynadan istənilən addımı gözləmək olar. "Əgər "Türk axını" kəmərinə hücum Türkiyə ərazisində həyata keçirilsə, bu, NATO ölkəsinə hücum kimi qiymətləndiriləcək", - deyə Quyaş bildirib. Onun sözlərinə görə, Ukraynanın davranışı ilə bağlı illüziyaya qapılmaq olmaz, çünki Kiyev istənilən an Avropanın enerji təhlükəsizliyini hətta hərbi vasitələrlə təhlükə altına qoya bilər.
Mənbə
oxu.az