Dünya
"Hizbullah" İsrailin Safed şəhərinə zərbələr endirib - VİDEO
Livanın cənubunda "Hizbullah" döyüşçüləri ilə İsrail əsgərləri arasında toqquşmalar baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat verib.
"Mehr" xəbər agentliyi isə bildirib ki, "Hizbullah" qruplaşması İsrail qoşunlarının Livanın cənubuna doğru irəliləməsinin qarşısını alıb. Bundan başqa, "Hizbullah" İsrailin Safed şəhərinə də raketlərlə hücum edib. Şəhərdə dörd binaya zərbələr endirilib. İsrailin "The Times of İsrael" qəzeti də məlumatı təsdiqləyib. Bildirilib ki, hadisə nəticəsində yola və yaxınlıqdakı binalara kiçik ziyan dəyib. Təcili yardım xidmətlərinin məlumatına görə, itki olmayıb. Livandan yeni raket hücumları fonunda Qalileyada və Qolan təpələrində siren səsləri eşidilib.

Mənbə
oxu.az