Dünya

II Qareginin II İlyanın dəfnində iştirak etməsinə icazə verilmədi

21 Mar 2026, 15:52 2 baxış
II Qareginin II İlyanın dəfnində iştirak etməsinə icazə verilmədi
Ermənistan İstintaq Komitəsi, bütün ermənilərin katolikosu II Qareginin Tbilisiyə səfər etməsinə və Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vida mərasimində iştirak etməsinə icazə verməyib. Oxu.Az xəbər verir ki, bu barədə katolikosun vəkili Ara Zöhrabyan məlumat verib. O, xatırladıb ki, II Qaregin martın 22-də keçiriləcək II İlyanın dəfn mərasimində və İlahi Liturgiyada iştirak etmək üçün Gürcüstan Pravoslav Kilsəsindən dəvət alıb. "Yuxarıda qeyd olunanları nəzərə alaraq, bütün ermənilərin katolikosunun bir neçə günlük Ermənistan Respublikasını tərk etməsinə və Gürcüstan Respublikasına səyahət etməsinə icazə verilməsi zərurəti yaranıb. Bununla bağlı müstəntiqə ərizə təqdim etdim. Bu gün müstəntiqin ərizənin rədd edilməsi barədə qərarını aldım", - deyə Zöhrabyan "Facebook" hesabında yazıb. Xatırladaq ki, bu ilin fevralında Ermənistan Prokurorluğu II Qareginə qarşı keçmiş ruhani Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə cinayət işi açıb. İşin bir hissəsi olaraq, II Qareginin ölkədən çıxışına qadağa qoyulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər