Dünya

İrana qarşı hərbi əməliyyatlar nə zaman bitəcək? - Ağ Ev açıqladı

21 Mar 2026, 11:45 2 baxış
İrana qarşı hərbi əməliyyatlar nə zaman bitəcək? - Ağ Ev açıqladı
ABŞ-nin İsraillə birgə İrana qarşı hərbi əməliyyatı dörd-altı həftə davam edəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı Ağ Evin mətbuat katibi Kerolin Levittin açıqlamasına istinadən xəbər yayıb. O bildirib ki, bu, Vaşinqton tərəfindən planlaşdırılan müddətdir. "Prezident Donald Tramp və Pentaqon təyin olunan tapşırıqları yerinə yetirmək üçün təxminən dörd-altı həftə vaxt lazım olacağını təxmin ediblər. Sabah üçüncü həftənin sonudur", - deyə Ağ Evin sözçüsü bildirib. Xanım Levitt aydınlaşdırıb ki, ABŞ prezidentinin hərbi əməliyyatın tez bir zamanda başa çatması ehtimalı ilə bağlı paylaşımları onun tezliklə baş verəcəyi anlamına gəlmir. Məlumatda o da qeyd olunub ki, Trampın bəzi məsləhətçiləri hələ də İranda quru əməliyyatı ehtimalına meyillidirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər