Digər
"Amazon" süni intellektli smartfon üzərində işəyir
"Amazon" şirkəti süni intellekt inteqrasiyalı yeni smartfon üzərində işləyir. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, cihaz fərdiləşdirilmiş mobil qurğu olacaq və "Alexa" səs köməkçisi ilə sinxron işləyərək istifadəçilərə "Amazon" xidmətlərinə daimi çıxış imkanı verəcək. Mənbələrin sözlərinə görə, smartfonun əsas xüsusiyyəti süni intellektin dərin inteqrasiyası olacaq. Bu yanaşma ənənəvi tətbiq mağazalarından qismən imtina etməyə şərait yarada bilər, çünki bir çox funksiyalar birbaşa süni intellekt vasitəsilə əlçatan olacaq. Cihazın təqdimat tarixi, qiyməti və layihəyə yatırılan investisiyanın həcmi hələlik açıqlanmayıb.
Mənbə
oxu.az